AZ

"Spartak" "Qalatasaray"ın müdafiəçisi ilə maraqlanır

“Qalatasaray”ın mərkəz müdafiəçisi Karlos Kuesta karyerasını Rusiyada davam etdirə bilər.

90deqiqe.Az-ın “Fanatik”ə istinadən məlumatına görə, Moskvanın “Spartak” klubu 26 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Tərəflər artıq transferlə bağlı ilkin danışıqlara başlayıb və hazırda transfer məbləği ilə ödəniş şərtləri müzakirə olunur.

Bu keçid birbaşa “Spartak”ın idman direktoru Frensis Kahigao tərəfindən nəzarətdə saxlanılır. Klub rəhbərliyi kolumbiyalı futbolçunu müdafiənin mərkəzinə əsas namizəd kimi görür.

Karlon Kuesta bu ilin fevralında Belçikanın “Genk” klubundan “Qalatasaray”a keçib. 26 yaşlı müdafiəçi İstanbul təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla cəmi 9 oyunda iştirak edib və bu qarşılaşmalarda məhsuldarlıq göstəricisi ilə yadda qalmayıb.

Kuesta ilə “Qalatasaray” arasında mövcud müqavilə 2028-ci ilin yayına kimi qüvvədədir. “Transfermarkt” portalının qiymətləndirməsinə əsasən, kolumbiyalı futbolçunun bazar dəyəri 7 milyon avro təşkil edir.

Seçilən
66
90deqiqe.az

1Mənbələr