AZ

D vitamini çatışmazlığının gizli təhlükəsi


Cənubi Avstraliya Universiteti və London Kral Kollecinin alimləri D vitamini çatışmazlığı ilə COVID-19-un ağır keçməsi arasında əlaqə aşkar ediblər.
Yeniavaz.com
xəbər verir ki, tədqiqatın nəticələri PLOS One jurnalında dərc olunub.
Tədqiqatda Britaniya Biobankı tərəfindən təqdim edilmiş tibbi məlumatlara əsasən 151 min 543 nəfər iştirak edib. Alimlər müəyyən ediblər ki, D vitamini səviyyəsi aşağı olan insanlar bu göstəricisi normal səviyyədə olanlarla müqayisədə COVID-19 səbəbindən xəstəxanaya daha tez-tez düşüblər. Xüsusilə bu əlaqə Avropa mənşəli iştirakçılar arasında daha qabarıq müşahidə olunub.
Bildirilir ki, D vitamini immun sisteminin fəaliyyətinin tənzimlənməsində mühüm rol oynayır və onun çatışmazlığı orqanizmin infeksiyalara qarşı müdafiəsini zəiflədə bilər. Asiya və Afrika-Karib mənşəli insanlar arasında da D vitamini çatışmazlığı koronavirusa yoluxma riskini artırıb, lakin bu qrupda xəstəliyin ağır keçməsi və hospitalizasiya arasında eyni dərəcədə aydın əlaqə müşahidə olunmayıb.
Tədqiqatçılar xatırladıblar ki, COVID-19 hələ də insanların sağlamlığına təsir göstərir.
Seçilən
66
yeniavaz.com

1Mənbələr