AZ

Göygöldə restoranda iki yeniyetmə döyülüb

Göygöl rayonunun Aşıqlı kəndində yerləşən restoranlardan birində iki yeniyetmə döyülüb.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, 2009-cu il təvəllüdlü N. Mustafayev və İ. İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Zərərçəkənlərə dərhal tibbi yardım göstərilib. Həkimlər onların vəziyyətini qənaətbəxş kimi qiymətləndirir.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

TƏBİB-dən APA-ya verilən məlumata görə, iyulun 22-də saat 03:10 radələrində 2 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara başın səthi travması, beldən aşağı hissənin və çanağın əzilməsi diaqnozları təyin olunub. Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

phrase_var_article.chosen
30
nocomment.az

1phrase_var_article.sources