AZ

Çexiyada hepatit A-yə yoluxma hallarında kəskin artım müşahidə olunur

Bakı. Trend:

2025-ci ilin əvvəlindən etibarən Çexiyada 900-dən çox insanhepatit A virusuna yoluxub ki, bu da ötən ilin eyni dövrü iləmüqayisədə təxminən 9 dəfə artım deməkdir.

Trend xəbər verirki, bu barədə Çexiya Dövlət İctimai Səhiyyə İnstitutu məlumatyayıb.

Məlumata görə, bu il ölkədə hepatit A diaqnozu qoyulan 10 nəfərhəyatını itirib. Müqayisə üçün, 2024-cü ildə bu virusdan yalnız 2ölüm halı qeydə alınmışdı.

Ən çox yoluxma halları Praqa, ona bitişik Mərkəzi Çexiya bölgəsivə ölkənin şimal-şərqində yerləşən Moraviya-Sileziya bölgəsindəmüşahidə olunub. Portalın məlumatına əsasən, təkcə Praqada 311nəfər hepatit A virusuna yoluxub. Xəstəlik əsasən narkotik istifadəedən evsizlər arasında yayılır.

Bundan əlavə, hepatit A virusuna xaricdə tətil zamanı yoluxmahalları da qeydə alınıb. Bu yoluxmaların əsas mənbəyi kimi Balkanölkələri, Şimali Afrika və Cənub-Şərqi Asiya göstərilir. Həkimlərinbildirdiyinə görə, Slovakiya, Avstriya və Macarıstanda da buvirusun yayılma riski son aylarda artıb.

Qeyd edək ki, hepatit A virusu yüksək yoluxuculuğa malikdir.Onun inkubasiya dövrü 50 günə qədər davam edə bilər. Xəstəliktez-tez asemptomatik formada keçdiyindən, yalnız həkimlərtərəfindən aparılan laborator testlərlə aşkar oluna bilər.

Seçilən
73
az.trend.az

1Mənbələr