Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İstanbulda Rusiya və Ukrayna arasında mümkün danışıqların üçüncü raundunun nəticələri barədə məlumat veriləcək.
Publika.az xəbər verir ki, bu barədə Türkiyə liderinin administrasiyasından məlumat verilib.
“Təbii ki, cənab Prezident Türkiyə vasitəçiliyinin təşəbbüskarı kimi prosesi şəxsən izləyir”, - administrasiya nümayəndəsi bildirib.
Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan bu həftə İstanbulda Rusiya və Ukrayna arasında danışıqların yeni mərhələsinin keçiriləcəyini bildirmişdi . O qeyd edib ki, Türkiyənin məqsədi davamlı dialoqu və etimadın inkişaf etdirilməsi üçün addımların həyata keçirilməsini təşviq etməkdir.