Almaniya Ukraynaya iki “Patriot” zenit-raket kompleksi verməyə hazırdır. Bu barədə ölkənin müdafiə naziri Boris Pistorius Der Standard nəşrinə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, bu komplekslərin Ukraynaya ötürülməsi üçün əsas şərt onların tez bir zamanda əvəz olunmasıdır.
“Biz iki sistemimizi verə bilərik, lakin yalnız o halda ki, onların altı-səkkiz ay ərzində etibarlı şəkildə əvəzlənəcəyinə zəmanət alaq”, – deyə Pistorius bildirib.
O vurğulayıb ki, bu qərarın əsas məqsədi Bundesverin (Almaniya Silahlı Qüvvələri) əməliyyat və təlim hazırlığını təmin etməkdir.
//Samir Qurbanov, Editor.az