Almaniyanın tanınmış klublarından "Barussiya Münhenqladbax" , "Qalatasaray"ın sol cinah müdafiəçisi Derrik Köhn üçün rəsmi təklif göndərib.
Fanat.Az xəbər verir ki, klub, futbolçunu 1 illik icarə əsasında heyətinə qatmaq, daha sonra isə 3 milyon avro transfer haqqı ilə tam transfer etmək niyyətindədir.
Bu barədə məlumatı Türkiyəli jurnalist Fərhad Kızıltaş yayıb.
"Qalatasaray" isə hazırda bu təklifi dəyərləndirir.
Qeyd edək ki, 2023/24 mövsümündə Almaniyanın "Hannover 96" klubundan transfer edilən 25 yaşlı müdafiəçi, ilk mövsümündə "Qalatasaray" forması ilə həm Super Liqa, həm də Avropa arenasında ümumilikdə 35 matçda forma geyinib.
Kamil Xudiyev