AZ

NİİM: “Koroğlu” körpüsünün üzərində sıxlığın aradan qaldırılması üçün işlər görülür

Bakı, 22 iyul, AZƏRTAC

Nizami rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, polis əməkdaşları hadisə yerindədir və evakuator cəlb olunaraq yolun hərəkət hissəsinə aşan nəqliyyat vasitəsinin yoldan kənarlaşdırılması, eləcə də, sıxlığın aradan qaldırılması üçün işlər görülür.

Seçilən
210
36
azertag.az

10Mənbələr