AZ

Hindistanın vitse-prezidenti istefa verdi

Hindistanın vitse-prezidenti Caqdip Dhankhar istefa verib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə o, mətbuat xidməti vasitəsilə məlumat yayıb.

"Sağlamlığımı prioritetləşdirmək və həkimlərin tövsiyələrinə əməl etmək üçün mən dərhal Hindistanın vitse-prezidenti vəzifəsindən istefa verirəm" deyən Dhankhar prezidentə, baş nazirə, parlamentə və Nazirlər Kabinetinə birgə fəaliyyətlərinə görə təşəkkürünü bildirib.

Dhankharın avqustda 74 yaşı tamam olacaq. O, 2022-ci ilin avqustunda vitse-prezident vəzifəsinə başlayıb. Siyasətçi bu yaxınlarda Dehlidəki Hindistan Tibb Elmləri İnstitutunda angioplastika əməliyyatı keçirib.

Vitse-prezident vəzifəsi Hindistan prezidentindən sonra ikinci ən yüksək konstitusiya vəzifəsidir. Vitse-prezident eyni zamanda parlamentin yuxarı palatasının sədri vəzifəsini də icra edir

phrase_var_article.chosen
15
49
unikal.az

10phrase_var_article.sources