İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun iyulun 23-də Çırağan sarayında keçirilməsi planlaşdırılır.
Axar.az xəbər verir ki, bu barədə TASS-a Türkiyədəki mənbələrdən məlumat verilib.
Məlumata görə, Rüstəm Umerov İstanbul danışıqlarında Ukrayna nümayəndə heyətinin rəhbəri olaraq qalacaq.
İclasın başlama saatı dəqiqləşdirilməyib.
Qeyd edək ki, daha öncə danışıqların 24-25 iyulda keçiriləcəyi xəbəri yayılıb.