AZ

Prezidentin rezonans doğuran çıxışı: Mədəniyyət paytaxtından siyasi mesajlar

Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

III Şuşa Qlobal Media Forumu Azərbaycanın informasiya siyasətində açıq dialoq, fikir mübadiləsi və qlobal əməkdaşlıq üçün vacib platformaya çevrilib. Forumun builki mövzusu "Rəqəmsal Yollar: Süni İntellekt Dövründə Məlumat və Media Dayanıqlığı" media qarşısında duran çağırışlara birbaşa cavabdır.

Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı Azərbaycanın media siyasətinə verdiyi önəmi xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, ölkə mediası artıq milli maraqları qoruyan və informasiya müstəvisində hücumlara qarşı güclü alətə çevrilib. O, Azərbaycanın informasiya sahəsindəki mövqeyini və prinsiplərini bir daha beynəlxalq auditoriyaya çatdırıb. Ukrayna məsələsi ilə bağlı dövlət başçısının mövqeyi qətidir: "Ukrayna heç vaxt işğalı qəbul etməməlidir, biz bunu etdik", - deyə ölkə rəhbəri bildirib.

Prezidentin bu çağırışı Ukrayna mediasında böyük rezonans doğurub. Politoloq Rəşad Bayramovun sözlərinə görə, ölkə başçısının ukraynalı jurnalistin sualına verdiyi cavab bir sıra mühüm məqamları ehtiva edir: "Bir tərəfdən Ukraynanın ərazi bütövlüyü və suverenliyinə verilən dəstək indiyədək müxtəlif platformalarda Azərbaycan tərəfinin ortaya qoyduğu mövqenin növbəti dəfə ifadəsi oldu. Digər tərəfdən isə bu, Ukraynada baş verənlərin işğal olduğunu və işğalçının kimliyini açıq şəkildə göstərdi.

Təbii ki, uzun illər ərzində əraziləri işğala məruz qalmış, suverenliyi pozulmuş bir ölkə olaraq Ukraynanın vəziyyətini biz daha yaxşı qiymətləndirə bilirik. Ölkə başçısı bu mövqeyini ifadə etməklə həm də dəyərli bir təcrübəni bölüşmüş oldu".

Ətraflı Baku TV-nin süjetində:

Prezidentin rezonans doğuran çıxışı: Mədəniyyət paytaxtından siyasi mesajlar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
43
50
oxu.az

10Mənbələr