ABŞ-da Demokrat senatorlardan ibarət bir qrup, senator Ed Markinin rəhbərliyi ilə, Vaşinqtonu yeni nüvə silahlanma yarışını dayandırmağa və bu prosesin əksinə çevrilməsinə rəhbərlik etməyə çağırıb.
Bu barədə RIA Novosti məlumat yayıb.
Sənəddə qeyd olunub ki, nüvə müharibəsini qazanmaq mümkün deyil və belə bir müharibəyə heç vaxt yol verilməməlidir.
Senatorların məlumatına görə, Soyuq müharibənin başa çatmasından sonra 50 mindən çox nüvə başlığı ləğv edilsə də, hazırda dünyada hələ də təxminən 12 min nüvə silahı mövcuddur. Onların 95 faizi ABŞ və Rusiyanın arsenallarında yerləşir.
Sənədin müəllifləri hesab edirlər ki, bu vəziyyət bəşəriyyətin mövcudluğu üçün “qəbuledilməz bir təhlükə” yaradır.
Xatırladaq ki, daha əvvəl Rusiya Prezidenti Vladimir Putin ABŞ və Rusiya arasında silahların 50 faiz azaldılması üzrə razılığa gələ biləcəklərini, bu prosesə isə Çinin də qoşula biləcəyini bildirmişdi.
//Samir Qurbanov, Editor.az