AZ

Hakan Fidan və Abbas Araqçi nə danışdı? – Açıqlandı


Türkiyə və İranın xarici işlər nazirləri Hakan Fidan və Abbas Araqçi telefonla Qəzza zolağındakı və Suriyadakı vəziyyəti, eləcə də Tehranın iyulun 25-də İstanbulda keçirilməsi planlaşdırılan “Avropa üçlüyü” (Böyük Britaniya, Almaniya və Fransa) ilə danışıqlarını müzakirə ediblər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyə XİN-dəki mənbələr məlumat verib.
“Qəzzada humanitar vəziyyət, Suriyadakı hadisələr, həmçinin cümə günü İstanbulda keçiriləcək İranın nüvə proqramı üzrə danışıqlar müzakirə edilib”, - mənbə bildirib.
Qeyd edək ki, bundan əvvəl İranın nüvə proqramı ətrafında yaranmış böhranın nizamlanması məsələsi üzrə İran və “Avropa üçlüyü” arasında danışıqların yeni mərhələsinin iyulun 25-də İstanbulda keçiriləcəyi bildirilmişdi.
phrase_var_article.chosen
28
5
yeniavaz.com

10phrase_var_article.sources