AZ

Vardinin İtaliyaya gəlişi niyə baş tutmayıb?

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ceymi Vardinin karyerasını İtaliyada davam etdirmək şansı olub. Lakin “Lester”in sabiq hücumçusunun “Cenoa”ya keçidi baş tutmayıb.“La Repubblica” qəzetinin məlumatına görə, İtaliya klubu 38 yaşlı futbolçu ilə əməkdaşlıq şərtlərini razılaşdırıbmış. Lakin genuyalıların baş məşqçisi Patrik Viyera transferin qarşısını alıb və Ceyminin komandaya qoşulmasına ehtiyac görməyib.Vardi ötən mövsüm “Lester”in heyətində 36 oyunda meydana çıxıb, 10 qol vurub və 4 məhsuldar ötürmə edib. O, “tülkülər”in şərəfini 2012-ci ildən qoruyurdu. Təcrübəli forvard sabiq komandası ilə İngiltərə premyer-liqasının, ölkə kuboku və Superkubokunun qalibi olub. Son xəbərlərdə onun “Reyncers”ə keçmək şansının yüksək olduğu bildirilir. Ceyminin xidmətində “Komo” və “Nottingem Forest” də maraqlıdı.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
8
icma.az

10Mənbələr