Diş və damaq xəstəlikləri insanların ən çox üzləşdikləri və olduqca incidən bir problemdir. Sağlamolun.az bunu nəzərə alaraq diş və damaqda yaranan problemlərin ev şəraitində necə müalicə olunacağını araşdırıb:Soda: Şişmiş dişətlərinə qarşı bir çox insan soda istifadə edir. Sadəcə soda ilə sarıkökü qarışdırıb, dişətlərinizi bu qarışıq ilə masaj etməkdir. Dişlərinizi fırçalamaq üçün soda istifadə edərək də şişmiş dişləri müalicə edə bilərsiniz.
Nanə yağı: Nanə yağının, bakteriyaları yox edən və ağrılı şişməyi yüngülləşdirən, hərarəti aşağı salan xüsusiyyətləri vardır. Barmaqlarınızdan və ya bir pambıqdan istifadə edərək nanə yağı ilə zədələnmiş bölgəyə yüngülcə masaj edin. Lazım olduğunda nizamlı olaraq təkrarlayın. Zədələnmiş bölgədə əzilmiş nanə yarpaqlarını çeynəmək də faydalı olacaqdır.
Saglamolun.Az