Astara 4 avtomobil toqquşub.
Viral.az APA-ya istinadla xəbər verir ki, Astara rayonunun İstiqlaliyyət 4 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, dönmə əməliyyatı zamanı “Opel” markalı avtomobil “Audi” markalı nəqliyyat vasitəsinə çırpılıb. Ardınca həmin ərazidə “Mercedes” və “Moskviç” markalı avtomobillər də toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər 4 avtomobilə ziyan dəyib.
Son Yazılar:
- Astarada zəncirvari qəza oldu
- MİQ üzrə müsabiqənin test imtahanının nəticələri AÇIQLANDI
- Azərbaycan Baş nazirinin birinci müavininin adından saxta açıqlama YAYILDI
Əraziyə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi əməkdaşları cəlb olunub.
Qəzanın baş vermə səbəbləri araşdırılır.