AZ

Raket buraxılışları ozon qatını zədələyir Alimlərdən ciddi xəbərdarlıq

ain.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sürətlə inkişaf edən kosmos sənayesi Yer kürəsinin ekoloji tarazlığına yeni bir təhlükə yaradıb. Alimlər xəbərdarlıq edir ki, artan raket buraxılışları və orbitdən Yerə qayıdan kosmik tullantılar ozon qatının bərpasını ciddi şəkildə ləngidir.

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, yeni aparılan tədqiqatda bildirilir ki, 2019-cu ildə 97 olan illik raket buraxılışlarının sayı 2024-cü ildə 258-ə yüksəlib. Bu artım ozon qatına mənfi təsirin sürətləndiyini göstərir. Qeyd olunur ki, raketlərin buraxdığı qazlar və his hissəcikləri atmosferin orta və yuxarı qatlarında yayılır və burada uzun müddət qalır. Bu zərərli maddələr, yer səviyyəsindəki çirkləndiricilərdən fərqli olaraq, 100 dəfə uzunmüddətli təsirə malik olur.

Alimlərin sözlərinə görə, bu hissəciklər hava axınları vasitəsilə bütün Yer kürəsinə yayılaraq ozon qatının bərpasını illərlə, bəzən onilliklərlə gecikdirə bilər. Hal-hazırda tam bərpa prosesinin 2066-cı ilə qədər uzanacağı proqnozlaşdırılır.

Tədqiqatçılar xlor və his buraxan bərk yanacaqlardan istifadənin azaldılmasını və əvəzində kriogenik kimi daha təmiz alternativ yanacaq növlərinin təşviq edilməsini vacib sayırlar.

Alimlər beynəlxalq səviyyədə siyasətçiləri və sənaye nümayəndələrini bu ekoloji təhlükəyə qarşı təcili və koordinasiyalı tədbirlər görməyə çağırırlar.

Bəsti Rəfizadə

Sfera.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

phrase_var_article.chosen
13
4
sfera.az

10phrase_var_article.sources