“Qarabağ”ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibi məlum olub.
Futbolpress.az xəbər verir ki, “atlılar” II təsnifatda “Şelburn”u (İrlandiya) keçərsə, növbəti turda “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
“Qarabağ” “Şelburn”la ilk oyunu iyulun 23-də İrlandiyada, cavab görüşünü isə iyulun 30-da Bakıda keçirəcək.