AZ

Çempionlar Liqası: "Qarabağ"ın potensial rəqibi müəyyənləşdi

BAKI, 21 iyul. TELEQRAF

"Qarabağ"ın UEFA Çempionla Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

Teleqraf xəbər verir ki, Ağdam təmsilçisi II təsnifat mərhələsində İrlandiya "Şelburn"unu keçəcəyi təqdirdə "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ"la "Şelburn" arasında ilk oyun iyulun 23-də səfərdə, cavab görüşü iyulun 30-da evdə olacaq.

phrase_var_article.chosen
8
25
teleqraf.com

10phrase_var_article.sources