Tovuz rayonunun Ağbaşlar kəndində sakinlər işıq problemindən əziyyət çəkirlər.
Bu barədə məlumat Far.Az-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, 70 evdən ibarət kənddə işıqların bərpası üçün 2 il əvvəl material alınsa da bundan cəmi 30 ailə nəsiblənə bilib:
"Dəfələrlə mal-qaramız bu naqillərə görə tələf olub. İnsanlar üçün ciddi təhlükə var. Bəzi yerlərdə dirəklər aşıb, naqillər açıq ərazidə otların üstündə qalıb", - deyə şikayətçi vurğulayıb.
Ərazidən kadrları təqdim edirik: