AZ

“Putin müharibəni bitirməyə hazırlaşır" - Analitikdən gözlənilməz açıqlama

"Rusiya Prezidenti Vladimir Putin böyük ehtimalla bu il Ukraynaya qarşı müharibəni başa çatdıracaq".

Mili.Az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri avstraliyalı hərbi analitik Mayk Ryan deyib.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı mövcud müharibə yükünü uzun müddət daşıya biləcək durumda deyil:

"Hazırda Moskva ciddi problemlərlə üzləşib və bu çətinliklərin müharibə davam etdikcə tez bir zamanda həlli mümkün görünmür. Buraya iqtisadi çətinliklər, Quru Qoşunlarının döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi, ordunun tələbatını qarşılamaq üçün Şimali Koreya və Çindən artan asılılıq, həmçinin ABŞ Prezidentindən gələn siyasi təzyiqlər daxildir".

Analitik qeyd edib ki, Putin bu ilin iyununda verdiyi açıqlamada 2025-ci ildən etibarən hərbi xərclərin azaldılacağını bəyan etməklə, faktiki olaraq müharibəni güclü mövqedə yekunlaşdırmaq üçün hazırda bütün mövcud resursları səfərbər etdiyini göstərir.

Kənan
Milli.Az

Seçilən
40
50
milli.az

10Mənbələr