AZ

Almaniya Ukrayna üçün 5 milyard avroya "Patriot" raketləri almağı planlaşdırır – Vaydel

Bakı. Trend:

Almaniya Ukraynaya hərbi yardım çərçivəsində 5 milyard avroya"Patriot" raket sistemləri almağı nəzərdən keçirir.

Trend xəbər verirki, bu barədə Almaniya üçün Alternativ Partiyasının (AfD) sədri vəBundestaqın deputatı Alisa Vaydel ARD telekanalına müsahibəsindəbildirib.

Onun sözlərinə görə, kansler Fridrix Merz hökuməti ümumilikdəAlmaniya vergi ödəyicilərinin vəsaitlərindən 9 milyard avronuUkraynaya yönəltmək niyyətindədir.

"Hökumətimiz indi Ukrayna üçün 5 milyard avroya 'Patriot'raketləri almaq istəyir. Bunu artıq heç kim başa düşmür", – deyəVaydel bildirib.

ARD telekanalı qeyd edir ki, rəsmi mənbələr bu məlumatı hələtəsdiqləməyib. Lakin Almaniya Müdafiə Nazirliyinin açıqlamasınagörə, Ukraynaya ayrılacaq maliyyə yardımı çərçivəsində uzaqmənzillisilahların istehsalı, hava hücumundan müdafiə sistemlərinintədarükü və digər hərbi texniki dəstəklər də nəzərdə tutulur.

Seçilən
90
az.trend.az

1Mənbələr