“Sumqayıt”dan ayrılan Sərtan Taşkının yeni klubu müəyyənləşib.
Publika.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü karyerasını Türkiyədə davam etdirəcək.
Sərtan 1-ci Liqada mübarizə aparan “Serik Belediyespor”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.