Türkiyənin Sivas vilayətinin İmranlı rayonunda, Kızıldağ aşırımı ərazisində sərnişin avtobusu qəzaya uğrayıb.
Publika.az xəbər verir ki, qəza nəticəsində 3 nəfər həyatını itirib, 24 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Hadisəyə avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub.