AZ

Netanyahunun məhkəmədəki ifadəsi sentyabr ayına qədər təxirə salındı

BAKI, 20 iyul.TELEQRAF

Yerusəlim Dairə Məhkəməsi İsrailin baş naziri Binyamin Netanyahunun ifadə verməsini bu dəfə xəstəliyi səbəbindən yenidən təxirə salıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Dinləmələr iyulun 21 və 22-nə təyin edilmişdi, lakin iyulun 20-də Netanyahunun ofisi baş nazirin qida zəhərlənməsi səbəbindən özünü pis hiss etdiyini və buna görə də ona növbəti üç gün ərzində evdə qalması əmri verildiyini açıqlayıb. Baş nazirin vəkili Amit Hadad dinləmələrin təxirə salınmasını istəyib.

İyulun sonunda İsrail məhkəmələri yay tətilinə çıxacağıüçün Netanyahunun işi üzrə dinləmələrsentyabra qədər təxirə salınıb.

21 noyabr 2019-cu ildə İsrailin Baş prokuroru Netanyahunu üç iş üzrə rüşvətxorluq, fırıldaqçılıq və etibardan sui-istifadə ittihamları ilə ittiham etmək qərarını açıqlayıb. Baş nazir dəfələrlə ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. İttihamnamələr 28 yanvar 2020-ci ildə Qüds Rayon Məhkəməsinə verilib.

Seçilən
52
7
teleqraf.com

9Mənbələr