AZ

Gəncədə qonşular arasında hasar üstə dava düşdü - usta xəsarət aldı

GƏNCƏ, 21 iyul. TELEQRAF

Gəncə şəhərində qonşular arasında düşən dava zamanı usta xəsarət alıb.

Teleqrafın yerli bürosu xəbər verir ki, hadisə şəhərin M. Muşfiq küçəsində qeydə alınıb.

1985-ci il təvəllüdlü Rauf Bağırov daş hasarı hörərkən işlədiyi ev sahibi ilə qonşu arasında mübahisə yaranıb.

Nəticədə qonşu daşla sözügedən şəxsin başına zərbə endirib. R. Bağırov yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Ona ilkin yardım göstərilib, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

Seçilən
66
teleqraf.com

1Mənbələr