Bakı. Trend:
Türkiyənin Sivas vilayətinin İmranlı rayonunda, Kızıldağ aşırımıərazisində sərnişin avtobusu qəzaya uğrayıb.
Trend xəbər verirki, qəza nəticəsində 3 nəfər həyatını itirib, 24 nəfər isə müxtəlifdərəcəli xəsarətlər alıb.
Hadisəyə avtobus sürücüsünün idarəetməni itirməsi səbəbolub.
Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə iləbağlı araşdırma aparılır.