AZ

Bolqar sürücünün avtomobili yarış zamanı yandı -VİDEO

Bolqarıstanlı sürücü Georgi Donçevin avtomobili "GT World Europe" yarı seriyasının növbəti raundunda qəza nəticəsində yanıb.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, yarış İtaliyanın Misano şəhərində keçirilib.

Donçevin idarə etdiyi "Lamborghini Huracán GT3 Evo 2" avtomobili rəqibi ilə təmasdan sonra maneəyə çırpılıb və yanıb. Sürücü dərhal avtomobildən düşüb və xəsarət almayıb.

Hadisə nəticəsində trasda qırmızı bayraqlar qaldırılıb.

Seçilən
11
ikisahil.az

1Mənbələr