AZ

“Qarabağ”dan buna görə gedibmiş: “Artıq dözə bilmirdim”

Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev 2023-cü ildə "Qarabağ"dan ayrılaraq "Adana Demirspor"a keçməsinin səbəbini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı qolkiper bu barədə "PODKAT" layihəsində danışıb.

O, bu qərarın səbəblərindən biri kimi həmin vaxt UEFA Çempionlar Liqasının təsnifat mərhələsində Polşa təmsilçisi "Rakuv"a uduzmalarını göstərib.

Oyunçu matçda yol verdiyi səhvlərə görə sərt tənqidlərə məruz qaldığını vurğulayıb:

"Artıq dözə bilmirdim. Mən emosiyalarla oynayıram və bu, mənim üçün çox çətin idi".

2016-2023-cü illərdə Ağdam təmsilçisinin formasını geyinən oyunçu 2024-cü ildə "Qarabağ"a qayıdıb.

Seçilən
20
50
sportinfo.az

10Mənbələr