AZ

Mahir Emrelinin komandası azarkeşlərini cəzalandıracaq

Mahir Emrelinin şərəfini qoruduğu “Kayzerslautern” maddi itkiylə üzləşib.

“Football-plus.az” xəbər verir ki, bu barədə klub saytı məlumat yayıb

Almaniya Futbol İttifaqı mayın 18-də keçirilən “Köln” – “Kayzerslautern” matçında (4:0) qonaq komandanın azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsinə göz yummayıb. Nəticədə qonaq komanda 16 min 800 avro cərimələnib.

Klub qayda pozuntusuna yol verən tərəfdarların müəyyənləşdiriləcəyini və məsələylə bağlı qanuni tədbirlərin görüləcəyini bildirib.

“Kayzerslautern” azarkeşlərinə müraciət edərək təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyini vurğulayıb.

KƏNAN BAHADIR

Seçilən
79
football-plus.az

1Mənbələr