AZ

Azərbaycan millisinin hücumçusu Polşada yeni klubunda debüt edib – VİDEO

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov Polşanın "Motor Lublin" klubunun heyətində debüt edib.

İdman.biz xəbər verir ki, Polşayüksəl liqasında yeni mövsümün ilk turu çərçivəsində Dadaşovun komandası öz meydanında "Arka"nı qəbul edib və 1:0 hesabı ilə qələbə qazanıb.

Oyunda yeganə qolu 60-cı dəqiqədə Jak Ndiaye vurub.

Azərbaycanlı futbolçu oyuna ehtiyat skamyda başlayıb, lakin ikinci hissədə meydana çıxıb və sarı vərəqə ilə yadda qalıb.

Qeyd edək ki, Dadaşov ötən mövsümün ikinci yarısında Polşanın digər klubu "Radomyak"da çıxış edib.

İdman.biz

phrase_var_article.chosen
68
49
idman.biz

10phrase_var_article.sources