AZ

Naxçıvanda azyaşlı beşinci mərtəbədən yıxıldı

Naxçıvanda beş yaşlı uşaq binanın beşinci mərtəbəsindən yıxılıb.

Demokrat.az Lent.az-a istinadən xəbər verir ki, ehtiyatsızlıq nəticəsində Naxçıvan şəhər sakini, 2020-ci il təvəllüdlü Çinar Əmrəddin oğlu Heydərov yaşadığı binanın beşinci mərtəbəsindən yıxılıb.

Naxçıvan Muxtar Respublika Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən Ç.Heydərov ağır dərəcəli kəllə-beyin travması alıb.

Seçilən
54
19
demokrat.az

10Mənbələr