“Real”la yollarını ayıran Lukas Vaskes yeni klub axtarışlarını davam etdirir.
90deqiqe.Az-ın məlumatına görə, 34 yaşlı müdafiəçi xidmətində “Milan” və “Yuventus” kimi İtaliya nəhəngləri ilə yanaşı, Türkiyənin “Beşiktaş” klubu da maraqlıdır.Hazırda Vaskes təklifləri ailəsi ilə birlikdə dəyərləndirir.
İspaniyalı iyulun ortalarında “kral klubu” ilə müqaviləsinin başa çatması ilə azad agent statusu alıb.
Qeyd edək ki, Lukas Vaskes son on ili “Real”da keçirib. Ötən mövsüm bütün turnirlərdə 53 oyuna çıxan sağ cinah müdafiəçisi 2 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.