AZ

Güclü tayfun Çinin cənubunu VURDU

"Vipha" qtayfunu Çinin cənubundakı Quanqdonq əyalətinin Tayşan şəhərinə çatıb.

Publika.az xəbər verir ki, bu barədə CCTV məlumat yayıb.

Tayfun iyulun 20-də yerli vaxtla saat 17:50-də quruya çatıb. Quruya çıxdıqdan sonra güclü tropik tufana qədər zəifləyib. Saat 18:00-a olan məlumata görə, tayfunun mərkəzi yaxınlığında küləyin maksimal sürəti 30 m/s-ə çatıb.

Məlumata görə, "Vipha" şəhərin yaxınlığından keçərək ərazisinə qismən təsir edib. Şəhər rəsədxanası qeyd edib ki, fəlakətin episentri Honq Konqdan təxminən 90 km cənub-qərbdə yerləşib .

Seçilən
26
publika.az

1Mənbələr