AZ

Teves üçün yeni komanda

Karlos Tevesin yeni iş yeri məlum olub.

"Football-plus.az" xəbər verir ki, Argentina yığmasının sabiq futbolçusu bundan sonra da vətənində işləyəcək.

O, “Talyeres de Kordoba”nın baş məşqçisi təyin edilib. Bu barədə Argentinanın yüksək liqasında çıxış edən klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, 41 yaşlı mütəxəssis sonuncu dəfə Argentinanın “İndependyente” komandasını çalışdırıb. Ötən ilin may ayından işsiz olan Teves daha əvvəl “Rosario Sentral”a başçılıq edib.

Seçilən
45
football-plus.az

1Mənbələr