ABŞ-ın ticarət naziri Govard Lütniq Avropa İttifaqına (Aİ) ixrac edilən mallara tətbiq olunacaq artırılmış idxal rüsumları ilə bağlı mövqelərini açıqlayıb.
KONKRET.az xəbər verir ki, nazirin sözlərinə görə, ABŞ bu məsələ ilə bağlı Aİ-yə artıq yeni bir möhlət verməyəcək:
“Yeni idxal tarifləri 1 avqustdan qüvvəyə minəcək və bu qərar dəyişməzdir”, – deyə Lütniq bildirib.
Qeyd edək ki, bu qərar əsasən avtomobil sənayesi və yüksək texnologiyalı avadanlıqlar sahəsində Aİ-dən idxal edilən malları əhatə edir. ABŞ tərəfi bu rüsumların yerli istehsalçını qorumaq və ticarət balansını bərabərləşdirmək məqsədi daşıdığını bəyan edib.
Natiq Səlim,
KONKRET.az