AZ

Donald Tramp BƏƏ-dəki əfqan qaçqınlara dəstək verəcəyini açıqladı

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərindəyaşayan və deportasiya təhlükəsi ilə üzləşən əfqan qaçqınlaradəstək vermək niyyətində olduğunu bildirib.

Trend-inməlumatına görə, Tramp bu barədə "Truth Social" platformasındapaylaşım edib:

"Mən bundan sonra onları xilas etməyə çalışacağam", – deyə oqeyd edib.

Söhbət 2021-ci ildə "Taliban"ın Əfqanıstanda hakimiyyətəgəlməsindən sonra ölkəni tərk edən və BƏƏ-də məskunlaşan bir qrupəfqandan gedir. Onlar vətənlərinə dönməkdən imtina edir, çünki yenihakimiyyət tərəfindən təqib olunacaqlarından ehtiyat edirlər.

Məlumata görə, ABŞ rəsmiləri vəziyyətin gedişatını izləyir vədeportasiyanın qarşısını almaq məqsədilə BƏƏ-dəki həmkarları ilədanışıqlar aparırlar.

Seçilən
13
1
az.trend.az

2Mənbələr