AZ

Neymar 1,5 milyon dollara Batmobil alıb - FOTOLAR

Braziliyanın “Santos” klubunun hücumçusu Neymar qeyri-adi alış-verişi ilə gündəmə gəlib.

90deqiqe.Az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, ulduz futbolçu rejissor Kristofer Nolanın “Batman: Başlanğıc” filmində istifadə olunan Batmobilin replikasın 1,5 milyon ABŞ dollarına əldə edib.

Sözügedən superkar mühərriklə təchiz olunsa da, ümumi istifadə üçün nəzərdə tutulmayıb – nəqliyyat vasitəsi qeydiyyatdan keçməyib və istismar üçün sertifikatlaşdırılmayıb. Avtomobil dönmə işıqları və arxa görüntü güzgüləri kimi yol hərəkəti üçün zəruri elementlərlə təmin olunmayıb və təhlükəsizlik tələblərinə cavab vermir.

Məlumata görə, Batmobilin hazırlanmasına üç ilə yaxın vaxt sərf olunub. Neymar bu unikal modeli braziliyalı dizayner Ademar Kabraldan alıb. Avtomobil əvvəllər San-Pauludakı “Xəyal Avtomobilləri Muzeyi”ndə nümayiş etdirilirdi, lakin indi ulduz futbolçunun şəxsi kolleksiyasının dəyərli parçasına çevrilib.

Seçilən
46
90deqiqe.az

1Mənbələr