Ağstafada yük maşını aşıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.
Hadisə nəticəsində "KAMAZ" sürücü Aqil Qasımov,1988-ci il təvəllüdlü və Eltun Yusibov və 1998-ci il təvəllüdlü Elvin Yusibov müxtəlif bədən xəsarətləri alıblar.
Yaralılar Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İkin məlumata görə, yük maşını idarəetmədən çıxaraq aşıb.
Faktla bağlı araşdırma başlanılıb