Sərtan Taşkın "Sumqayıt"dan ayrılıb.
"Football-plus.az" xəbər verir ki, 27 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək.
O, "Serik Bələdiyyəspor"a keçib. Bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Sərtanla 1 illik müqavilə imzalandığı bildirilib.
Xatırkadaq ki, Sərtan ötən mövsüm "Sumqayıt"la premyer-liqada 30 oyunda meydana çıxıb, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
"Serik Bələdiyyəspor"un baş məşqçisi vaxtilə ölkəmizdə "Simurq"u çalışdırmış Sergey Yurandır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta