AZ

Buzovna-Mərdəkan yolunda avtomobilin piyadanı vurması tıxaca səbəb olub

Xəzər rayonu, Buzovna-Mərdəkan yolunda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qəza səbəbindən yolun hər iki istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

phrase_var_article.chosen
42
24
operativmedia.az

10phrase_var_article.sources