AZ

Nazan Öncel xəstəxanaya yerləşdirilib

Nazan Öncel xəstəxanaya yerləşdirilibTürkiyəli 69 yaşlı müğənni-bəstəkar Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, bu barədə onun mətbuat katibi Yağız Yılmaz sosial şəbəkədə məlumat yayıb. O, sənətçinin infarkt keçirdiyini açıqlayıb:

"May ayında balon anjioqramma əməliyyatı keçirən və iki stent taxılan Nazan Öncel dünən səhər saat 4:30-da təcili yardıma aparılıb. Onun yüksək nəbzi və yüksək təzyiqi başqa bir stentlə nəzarətə götürülüb, sənətçinin vəziyyətinin stabilləşdirilməsi üçün işlər aparılır. Onun nə vaxt xəstəxanadan evə buraxılacağı isə hələlik bəlli deyil".

Seçilən
26
1
sonxeber.az

2Mənbələr