AZ

İŞİD-in liderlərindən biri pilotsuz təyyarə zərbəsi öldürülüb

"İslam Dövləti" (İŞİD) terror təşkilatının yüksək rütbəli liderlərindən biri və onun köməkçisi İraqla Suriya sərhədində həyata keçirilən hava zərbəsi nəticəsində öldürülüb.

Far.Az xəbər verir ki, bu barədı İranın ISNA informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, pilotsuz uçuş aparatı İŞİD-in "ən nüfuzlu liderlərindən biri"nin də içində olduğu avtomobili hədəf alıb. Hücum nəticəsində terrorçular məhv edilib.

Agentliyin məlumatına görə, hadisə Suriyadakı terror qruplaşmaları arasında daxili gərginliyin və fikir ayrılıqlarının daha da artdığını göstərir.

Seçilən
106
23
far.az

10Mənbələr