AZ

Messidən dubl, komandasından darmadağın

Lionel Messinin komandası - "İnter Mayami" MLS-in 24-cü turunda "Nyu York Red Bullz" ilə üz-üzə gəlib.

Fanat.Az xəbər verir ki, oyun Harrisondakı “Red Bull Arena”da baş tutub.

Qarşılaşma Mayami təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. "İnter Mayami"nin heyətində Jordi Alba bir qol vurubsa, Telasko Seqoviya və Lionel Messi dubla imza atıblar. “Nyu York Red Bullz”dan Aleksander Hak fərqləib.

"İnter Mayami" son yeddi matçında altıncı qələbəsini qazanıb. Hazırda komanda turnir cədvəlində 41 xalla 5-cidir.

Seçilən
114
2
fanat.az

2Mənbələr