"Bu, mənim üçün çox əlamətdar bir an idi. Şuşa Qlobal Media Forumuna gəlmək, bu torpaqlara ayaq basmaq və bu qədər vaxtdan sonra Azərbaycanın bu ərazilərə qayıtdığını görmək təsirli və duyğusal oldu". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycana aid səyahət bələdçi kitablarının müəllifi Mark Elyot deyib.
Onun sözlərinə görə, bu form sadəcə media forumu deyil – bu, həm də həqiqətlərin dünyaya çatdırılması üçün bir platformadır: "İnsanlar Google-da nəyisə axtarır, keçmişlə bağlı sorğular edir, amma burada olmaq, real faktları öz gözləri ilə görmək tam fərqli bir təcrübədir. Şuşada, Xocalıda və Qarabağın digər bölgələrində ermənilərin törətdiyi vandalizmin izlərini gördükcə, insan sarsılır. Bu, sadəcə dağıntı deyil – bu, bir xalqın mədəniyyətinə, yaddaşına, varlığına qarşı edilmiş hücumdur.
Burada olmaq və bütün bu həqiqətləri birbaşa müşahidə etmək, həm də bu ərazilərin necə dirçəldiyini, yenidən necə qurulduğunu görmək ümidverici və ilhamlandırıcıdır. Bu forum yalnız bir media tədbiri deyil – bu, həm də ədalət və tarixi yaddaş üçün vacib bir addımdır. Azərbaycanın mübarizəsi və xalqa qarşı edilmiş haqsızlıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından belə tədbirlər çox böyük əhəmiyyət daşıyır".