“Real” futbolçusu Reynier ilə yollarını ayırmağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. “Kral klubu” 23 yaşlı vinger üçün təkliflər gözləyir.
Reynier 2020-ci ildən “Real”da çıxış edir. O, əsas komandada oyuna çıxmayıb. Reynier ötən mövsüm “Qranada”da icarədə olub. O, İspaniya Sequndasında 24 oyunda 1 qol vurub, 4 məhsuldar ötürmə edib.