FİDE dünyanın kişi və qadın yığmalarının ənənəvi reytinqini açıqlayıb. Təəssüf ki, ölkəmizin hər iki yığması cədvəldə geriləyib.
Reytinq hər ölkənin ən güclü 10 şahmatçısının əmsalına əsasən müəyyənləşir. Ölkəmizin kişilərdən ibarət yığması 2626 əmsalla 7-ci pillədən 8-ci pilləyə enib. 2304 əmsala malik qadınlardan ibarət yığması isə 10-cu yeri 11-ci yerə dəyişib.
Azərbaycan bu iki yığmanın qarışıq reytinqində isə 9-cu pillədə (2465) qərarlaşıb.
Kişilərdən ibarət yığmalar arasında ABŞ (2729), qadınlardan ibarət yığmalar arasında isə Çin (2484) liderliyi qoruyur. Çin həmçinin qarışıq zaçotda 2577 əmsalla liderdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta