AZ

“Euronews” redaktoru: Prezident İlham Əliyevlə bir səhnədə olmaq həyəcanlı idi

AĞDAM, 20 iyul. TELEQRAF

"Azərbaycan Prezident İlham Əliyevlə bir səhnədə olmaq əsl həyəcan idi".

Bunu “Euronews”un Yaxın Şərq bürosunun rəhbəri Ceyn Viterspun Teleqraf-ın Ağdama ezam olunmuş əməkdaşının sualına cavab olaraq bildirib.

O vurğulayıb ki, Prezidentçox səmimi və açıq idi.

“Sualara çox dəqiq və açıq cavab verdi. Əslində biz təxminən iki saat danışdıq və bu vaxt necə keçdi, hiss etmədik. Üstəlik, özü təşəbbüs göstərərək söhbəti əlavə 30 dəqiqə də uzatdı. Bu isə onun açıq ünsiyyətə və xalqa cavab verməyə nə qədər hazır olduğunu göstərir”,- Ceyn Viterspun qeyd edib.

Seçilən
68
17
teleqraf.com

10Mənbələr