AZ

Ali Sami Yən Stadionu dünyanın ən ekoloji stadionları arasında ikinci oldu

BAKI, TurkicWorld

Türkiyənin Qalatasaray klubuna məxsus Ali Sami Yən Spor Kompleksi, Dünya İqtisadi Forumu tərəfindən hazırlanan hesabatda dünyanın ən ekoloji stadionları arasında ikinci yerə layiq görülüb.

TurkicWorld xəbər verir ki, Atlanta şəhərində yerləşən və 2017-ci ildə istifadəyə verilən Mercedes-Benz stadionu siyahıda birinci yeri tutub.

Bu stadion şəhər bağçası, günəş panelləri və yağış sularının təkrar istifadəsi sistemləri ilə diqqət çəkir.

Ali Sami Yən Spor Kompleksi isə öz damında yerləşdirilmiş 10 minə yaxın günəş paneli ilə enerji təminatını qarşılayır.

Stadion 4,2 meqavat gücündə günəş enerjisi sisteminə malikdir və bu göstərici ilə Guinness Rekordlar Kitabına düşüb. Qeyd olunur ki, bu enerji stadionun illik enerji ehtiyacını ödəməyə kifayət edir.

Ümumilikdə, hesabatda yalnız 7 stadion yer alıb və Türkiyədən siyahıya düşən yeganə idman kompleksi məhz Ali Sami Yən stadionudur.

Seçilən
4
turkic.world

1Mənbələr