AZ

"İkitərəfli müstəvidə sülh gündəliyinin irəli aparılması üçün nailiyyətlər əldə olunub"

Əbu-Dabi görüşünün Azərbaycan tərəfindən konstruktiv əsasda keçdiyi hesab olunur və bu formada qiymətləndirilib. Bu görüşün digər xarakterik xüsusiyyəti ondan ibarət idi ki, danışıqlar prosesində hər hansı bir vasitəçi və üçüncü tərəfin iştirakı faktı yox idi. Bu, Ermənistan və Azərbaycanın sülh prosesinin tam şəkildə, ikitərəfli əsasda aparılan danışıqlar prosesinin bir göstəricisi idi ki, son iki ildən artıq bir dövrdə iki ölkə arasında da danışıqlar məhz bu müstəvidə aparılır.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Seçilən
33
demokrat.az

1Mənbələr